Məxfilik siyasəti

Məxfilik siyasəti

Son yenilənmə: 19 sentyabr 2026

Bu siyasət shvissari.com saytından istifadə etdikdə, hesab yaratdıqda, sifariş verdikdə və ya SHVISSARI ilə əlaqə saxladıqda şəxsi məlumatların necə emal oluna biləcəyini izah edir.

Toplana bilən məlumatlar

  • ad, soyad, telefon, e-poçt və çatdırılma ünvanı;
  • sifariş, səbət, qaytarma və ödəniş əməliyyatı ilə bağlı məlumatlar;
  • müştəri hesabı və seçim məlumatları;
  • cihaz, brauzer, IP ünvanı, cookie və sayt istifadə məlumatları;
  • müştəri dəstəyi, WhatsApp və Shopify Inbox yazışmaları.

Məlumatlardan istifadə

Məlumatlar sifarişlərin emalı, ödəniş, çatdırılma, hesabın idarə edilməsi, müştəri dəstəyi, təhlükəsizlik, fırıldaqçılığın qarşısının alınması, saytın yaxşılaşdırılması və qanuni öhdəliklərin yerinə yetirilməsi üçün istifadə oluna bilər.

Ödəniş məlumatları

Kart ödənişləri istifadə olunan ödəniş provayderi və Shopify infrastrukturu vasitəsilə emal oluna bilər. SHVISSARI tam kart məlumatlarını öz serverlərində saxlamaq məqsədi daşımır.

Xidmət təminatçıları

Məlumatlar sifarişin icrası üçün zəruri olduqda Shopify, ödəniş provayderləri, çatdırılma/taksi-kuryer xidmətləri, müştəri dəstəyi və texniki xidmət təminatçıları ilə paylaşa bilərik.

Reklam və analitika

Reklam kampaniyaları aktiv olduqda TikTok kimi reklam platformalarının ölçmə və reklam texnologiyalarından istifadə oluna bilər. Bu alətlər aktivləşdirildikdə cookie və oxşar texnologiyalarla bağlı seçimlərinizə və tətbiq olunan qanunvericiliyə uyğun idarə edilir.

Marketing e-poçtları

Newsletter və davamlı marketinq e-poçtları yalnız istifadəçi bunun üçün könüllü razılıq verdikdə göndərilir. Abunəçi istənilən vaxt e-poçtdakı çıxış linki vasitəsilə abunəlikdən çıxa bilər. Hesabın yaradılması və hesab faydaları ilə bağlı xidmət mesajları ayrıca göndərilə bilər.

Məlumatların qorunması və saxlanması

Şəxsi məlumatların qorunması üçün uyğun texniki və təşkilati tədbirlər görülür. Məlumatlar sifarişlərin və hüquqi öhdəliklərin icrası üçün zəruri olduğu müddətdə saxlanıla bilər.

Hüquqlar və əlaqə

Şəxsi məlumatlarınızla bağlı sual, düzəliş və ya silinmə tələbi üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

E-poçt: Nijat.turabli@gmail.com
Telefon / WhatsApp: +994 51 751 88 88